Suriya müxalifətinin komandanlarından biri Lent.az-a danışır – MÜSAHİBƏ –
Azərbaycan mətbuatında ilk dəfə “APA Group” Suriyanın savaş bölgəsinə jurnalist ezam edib. Qrupumuza daxil olan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Hələbdə olarkən Suriya müxalifətinin hərbi komandirlərindən Abu Raşidlə söhbətləşməyə müvəffəq olub.
“...Bilinmir hardadı. Biri deyir sarayındakı bunkerdə gizlənir, biri deyir rusların bazasındadı. Amma inanmıram ki, ruslar ona sığınacaq versin. Çünki ondan əllərini üzüblər”.
Bunu deyib, çayından bir qurtum içir...
***
Əhmədlə müxaliflərin qərargahını tapmaq çətin olmadı. Əs-Səlamə kəndində keçmiş bələdiyyənin binasında yerləşir. Əhməd deyir ki, Hələbdəki döyüşlərə görə qərargah burdadı. Ola bilsin, burdan köçsün.
***
Bir neçə belə qərargah var. Hələbdəki, şimal cəbhəsindəki döyüşlərin koordinasiyasından tutmuş qaçqınların, yaralıların Türkiyəyə yerləşdirilməsinədək, hər şey burdan idarə olunur.
***
45 yaşı var. Müxaliflərin hərbi qüvvələrinin əsas komandirlərindən biridir. Hamı Abu Raşid deyə çağırır. Əslən Homsdan olduğundan burda ona ev də ayırıblar. Ev deyəndə, iki otaqlı, qarşısında kiçik həyəti olan bir yaşayış yeridir. “Ələddinin sehrli çırağı”ndakı Ələddin və anasının yaşadığı həmin o kasıb evi xatırladır.
“Mahir çox qorxulu adamdı”
Qonaqlarını da burda qəbul edir, deyəsən. Maraqlı adamdı Raşid. Lent.az-a müsahibəsində maraqlı məsələlərdən danışdı. Məsələn, deyir ki, Dəməşqdə Bəşər Əsədin kiçik qardaşı Mahirlə bir yerdə oxuyub universitetdə.
- Dəlinin, manyakın biri idi. Mühafizəçi ilə gəlirdi universitetə. Yadımda deyil, amma məncə, mühəndisliyi oxuyurdu. Sonra isə atası hərbə apardı onu. Hərbçi oldu. Bu gün Bəşərin başına oyun açan da odur.
- Nə mənada?
- Bilirsən, Mammad, - Əhməd məni ona belə təqdim etmişdi - Suriya hadisələri Dəra şəhərində başlamışdı. Əsəd də həmin şəhər gedib camaatla görüşmək istəyirdi. Amma Mahir ordunu soxdu ora. Çox qan töküldü, çox insan öldü. Sonra da ölkə nəzarətdən çıxdı.
- Mahirlə bacara bilmir ki, Bəşər?
- Mahir çox qəddar və qorxulu adamdı. Onun başkəsənlər dəstəsi var. İnsanları qorxuda saxlayır. İndi iki ayağından da məhrum oldu. Deyirlər ölüb. Başının dəstəsi dağılmasın deyə, xəbəri yaymırlar. Bəşəri də o bədbəxt elədi. Eşitdiyimizə görə, bir neçə dəfə hakimiyyəti ələ keçirmək istəyib, amma generalları Bəşərə sadiq qalıblar, planı ona deyiblər.
“Bundan sonra hansı barışıq ola bilər ki?”
- Bəşərin çıxış yolu yoxmu? Müharibə dayansın, danışıqlar başlasın...
- Yox, artıq gecdi. Bax, - əli ilə Azazı göstərir - ora bomba yağdırdı. Nə qədər adam öldü. Bilirsən Azazı niyə bombaladı? Hələbə adam göndərmişdi ki, müxaliflər şəhərdən çıxsınlar. Biz də çıxmadıq. O da qisas almaq üçün dinc şəhəri bombaladı. Tanklar yeritdi. Bundan sonra hansı barışıq ola bilər ki?
“Azazdan bir salamat tank da buraxmadıq”
Raşid deyir ki, Əsədin ən böyük üstünlüyü aviasiyaya malik olmasıdır. Müxaliflərin əlində isə təyyarə və helikopterləri durdurmaq üçün silah yoxdu. Ancaq avtomat və bir qədər iri çaplı silahlarla silahlanıblar.
- Amma Azazdan bir salamat tank da buraxmadıq. Şəhərə girəndə hara gəldi atırdılar. Evlərə, küçədəki adamlara. 17 ədəd tank qaldı bu şəhərdə. Hamısı da yandırıldı.
- Ölmüş əsgərlərin köpəklərə atılması düzdür?
Deyəsən bu sual xoşuna gəlmədi. Çayından içə-içə yanındakı başqa bir ərəbə nəsə deyir. Ərəb də başı ilə nəsə təsdiqləyir.
- Biz əsir düşən əsgərlərlə sivil qaydada davranırıq. Bu, müharibədir, döyüşdür. Tanklarda yanan, düşüb qaçanda güllələnən əsgərlər oldu. Çox dağıldı Azaz. Bu günəcən də insanlar öz əzizlərinin meyitlərini axtarılar. Həmin anda qaçan əsgərlər oldu, gülləyə tuş gələnlər oldu, haradasa yıxılıb ölənlər oldu. Azaz sahibsiz qalmışdı həmin saatlarda. Sahibsiz köpəklərin etdiklərinə görə məsuliyyət daşımırıq biz. Amma kimsə deyə bilməz ki, biz hansısa əsgərin cəsədini itlərə atmışıq. Allah bunu götürməz. Dinimiz bunu götürməz.
Raşid deyir ki, ən ağrılısı o tərəfdən də, bu tərəfdən də suriyalıların həlak olmasıdır.
- Hamımız ərəbik, suriyalıyıq. Təsəvvür edin, hər iki tərəfdə vuruşanlar da əsasən sünnilərdir. Ələvilər, Əsəd tərəfdarları, onu dəstəkləyənlərin arasında vuruşan bircə sıravi yoxdur. Yüksək hərbi postlardan tutmuş kiçik zabit heyətinə kimi böyük əksəriyyət ələvilərdir. Müharibə qurtaracaq nə vaxtsa. Amma bundan sonra Suriyanın yenidən qurulması nə qədər vaxt aparacaq, bunu tək Allah bilir. Ola bilsin, hələ üstəlik ələvi-sünni müharibəsi də başlasın. Amma kənardan müdaxilə olmasa xalq buna getməz. Hamımız ərəbik axı...
Raşid deyir ki, müxaliflərin başıpozuq qüvvələr kimi təqdim edilməsi Əsədin təbliğatıdır. Müxaliflərin arasında Əsəddən qaçmış peşəkar generallar, zabitlər var.
- Nizami ordumuz var. Hələ Əsədin yaxın ətrafından belə xəbərlər tuta bilirik. İnşallah, bu ilin sonunacan Əsəd gedər.
“Qorxusundan zirehli gödəkçədə yatıb-durur”
- Əsədin harada olması da bilinmir?
- Yox, bəlli deyil. Bircə onu bilirik ki, qorxusundan zirehli gödəkçədə yatıb-durur. Mühafizəçilərinin hamısı da ələvilərdir. Düzünü desək, Hafizin övladları arasında ən ağıllısı elə Bəşər olub. Məsələn, Mahirdən hansı vəhşilik desən gözləmək olardı, ondan yox. Görünür, taleyi belə gətirdi. Onun həyat yoldaşı Əsma dəfələrlə uşaqlarını götürüb Londona getmək istəyib. Amma qoymayıb. İndi də deyirlər ki, girovdu.
- Müxaliflərin nə qədər qüvvəsi olar?
- Onu deyə bilməyəcəm. Yox, əslində hərbi sirr də deyil. Çünki hər gün sıralarımıza yeniləri qoşulur. Valideynləri, qohum-əqrəbaları öldürülənlər. Heç silah çatdırmaq olmur.
***
Əhməd vasitəsi ilə silahla bağlı növbəti sualımı ünvanlayıram. Dərhal da Əhmədə bir qədər yüksək tonla nəsə deyir. Amma mənə baxıb gülümsəyir. Sağ əlinin beş barmağını qaldırıb yenə nəsə deyir.
Əhməd:
- Deyir çay xoşuna gəldi?
Əslində söhbətin fırlanmağı da aydın olur.
- Hə, dadlı çaydı...
- Deyir, üzümdən də yesin.
Bir salxım da üzüm götürüb, dadına baxıram. Çox şirindir, həddən artıq.
Raşid namaz qılmağa qalxır. Süfrədən duranda isə dodağının altında nəsə dua edir.
- Ya Allah.
Bu, “sağ ol” demək idi, deyəsən.
“Ya Allah” deyib, əl uzadıram....
***
Əhmədin maşını isə hazır gözləyir. Çin istehsalı olan köhnə maşını...
Səbuhi MƏMMƏDLİ,
Suriya, Azaz

6767