Qaraçı Fellininin “Taxta Şəhər” əfsanəsi - REPORTAJ
Bütün həngamə ondan başlayıb ki, məşhur serb rejissoru Əmir Kusturitsa Bosniya ilə vətəni Serbiyanın sərhədində yerləşən Mokra Qorada (Sulu Dağ) özünə böyük bir torpaq sahəsi alıb. Dağların, meşələrin arasında yerləşən bu gözəl təpədə özünə milli serb arxitekturasına uyğun taxta bir ev tikib. Sonra özü kimi başdanxarab, pank musiqiçi oğluna da bir ev tikib. Sonra gəlib-gedəninin çox olduğunu, başının qonaq-qarasının sayını nəzərə alıb, qonaqları üçün bir-iki qalacaq tikib. Evlər, otaqlar yavaş-yavaş artandan, qonaqlar bu cənnətməkan təpəyə gəlib-getməyə bərk həvəslənəndən sonra Əmir müəllim (Aygün Aslanlı demişkən) tikililərin sayını çoxaltmağa, burada ciddi infrastruktur yaratmağa başlayıb. Və bütün bunları eləyəndə özünün sosialist meyllərini də gerçəkləşdirib. Nəticədə ortaya Əmir Kusturitsanın solçu qaydaları, daha doğrusu, solçu əxlaqı ilə idarə olunan taxta şəhəri – Drvenqrad yaranıb.
***
Serbiyaya səfərimizin sponsoru olan «AVİL TRAVEL» turizm şirkətinə rahat yolçuluq üçün təşəkkür edib, keçirəm reportaja...
***
...Biz Mokra Qoranın təpəsinə birtəhər dırmaşanda gün günorta olmuşdu. Əmir Kusturitsanın taxta şəhəri Drvenqrad bu dağın başında yerləşir. Şəhərin taxta darvazasının qarşısında bizi sözün əsl mənasında nəhəng, qara bir top qarşıladı. Oyuncaq yox, silah top.
Heyrətimizi boğub, içəri keçdik. Şəhər darvazaları taybatay açıq olur, içəri keçənləri isə darvazanın yanında dayanmış hündür, sarışın, gülümsər bir serb oğlan qarşılayıb, «xoşgəldin» eləyir. Və darvazadan keçən andan siz Kusturitsanın taxta cənnətinə düşmüş olursunuz.
Drvenqradın mərkəzi küçəsi Bryus Linin adınadır. Bu küçədə şirniyyat evi, milli serb mətbəxi təqdim edən «Lotika» restoranı, ətrafda yaşayan insanların əl işləri olan toxuculuq, taxta oyma, dulusçuluq nümunələri satan «Aska» mağazası, şəhərin yeganə mehmanxanası olan «Meçavnik»in resepsion hissəsi, balaca kilsə və Əmir Kusturitsanın özünün və oğlunun evləri yerləşir. Kusturitsanın evinin taxta fasadında iplə üzüyuxarı dırmaşan çılpaq kişi təsviri var. Qapısının ağzında isə bostan müqəvvası qoyulub.
Şəhərcik sahibinin «Ağ pişik, qara pişik», «Möcüzəli həyat» filmlərində istifadə olunan maşınlar da bu küçə boyu dayanıb. Şəhər sakinlərinin dediklərinə görə, qara «Volqa»nı da Kusturitsaya rus həmkarı, məşhur rejissor Nikita Mixalkov bağışlayıb.
Şəhərin ikinci ən uzun küçəsi italyan rejissoru Federiko Fellininin adını daşıyır. Bu küçədə kitabxana, «Kapur-bar» adlı şərab evi, şəhərin yeganə gözəllik salonu «Annabella», Corc Buşla Havyer Solananın “saxlanıldığı” simvolik həbsxana, fasadında F. Dostoyevskinin böyük şəkli olan balaca «Yazıçılar evi» yerləşir. Küçənin sonunda isə hələ işləməyən su dəyirmanı quraşdırılıb.
Fellini küçəsi ilə Cim Carmuş küçələrinin kəsişdiyi yerlə taxta pilləkənlərlə aşağı düşəndə yanğınsöndürən mərkəzi görürsən. Şəhər taxtadan olduğu üçün hər an alışma ehtimalı var və buna görə də yanğınsöndürən cihazlar da, yanğınsöndürənlər də gecə-gündüz fövqəladə vəziyyətə hazırdılar.
Sağa, Abbas Kiorostami küçəsinə burulanda «Meçavnik» otelinin əsas hissəsi və «Viskonti» restoranı başlayır.
Viskonti restoranının qəribə bir ənənəsi var. Burada divarlardakı rəflərə minlərlə şərab şüşəsi və minlərlə kitab yerləşdirilib. Şərab sifariş vermək üçün siz gərək kitab oxuyasınız. Buna görə də şərabların qiyməti demək olar ki, simvolikdir: təxminən 3 manat.
Burada qaldığımız on gün ərzində mən hər gün şərab içmək üçün Xulio Kortasarın hekayələr toplusunu oxuyub bitirdim. Daha çox kitab oxuya bilərdim, amma bu, kitabxanada rus dilində tapdığım yeganə kitab idi.
Serb dilinə çevrilmiş ədəbiyyata gəlincə, burada rus klassiklərinin, fransız maarifçilərinin əsərlərini, antik yunan ədəbiyyatından nümunələr olduqca çoxdur.
Serb dili demişkən...serblərin dilinin əsas xüsusiyyətini bədii ifadə eləsək, bu dil inkişaf etməmiş, bir az primitiv, ilkəl rus dilinə oxşayır. Məsələn, slavyanca nəsə desəniz, serblər sizi başa düşər. Müasir rus dili isə onlara elə də çatmır. İstənilən halda, dərdinizi rus dilində başa salmağa müvəffəq ola bilərsiniz.
Şəhərdəki bütün küçə və evlərə ya solçuların, ya yazarların, ya da rejissorların adları verilib.
Burada Ernesto Çe Gevaranın adına küçə, Fidel Kastro, Diyeqo Maradona və Yuri Qaqarinin adına ev, Stenli Kubrikin adına kinoteatr var.
Kinoşünas Aygün Aslanlı ilə otağımıza keçməzdən əvvəl demək olar ki, bütün şəhəri gəzdik. Şəhərin taxta döşəmələri üstündə yeriyəndə addımbaşı adamın ayağına adicə bir qazançada əkilmiş əlvan çiçəklər ilişir. Bu çiçək dolu qazançalar bütün şəhərcik boyu səpələnib. Buranın daimi sakinləri olan beş-altı it və bir dəstə pişik dəstə-dəstə ora-bura qaçır, restorana, şirniyyat evinə baş çəkir, turistlərin qonaq elədikləri nemətlərdən yeyib, bir-birinə daraşırdılar.
Turist demişkən, Drvenqrada gündə yüzlərlə qonaq gəlir. onlardan əksəriyyəti şəhəri gəzib doyandan sonra çıxıb getsə də, bir hissəsi özünü bir neçə gecəni bu taxta cənnətində gecələməkdən saxlaya bilmir.
Turistlərin əksəriyyəti serblər, qalanları isə məşhur rejissorun şöhrətinin, adının işığına gələn əcnəbi turistlərdir.
Burada qaldığımız günlərdən birində əlimiz dinc durmadı və Corc Buşun saxlandığı simvolik həbsxananın qapısını açıb, baxdıq: Corc Buşun əvəzinə orada kartof-soğan yeşikləri vardı – həbsxana əslində ərzaq anbarı kimi istifadə olunurmuş.
Otağımıza yerləşib, günorta yeməyi yeyəndən sonra təzədən şəhərə çıxdıq. Mən taxta cənnətin həzzini, Aygün Aslanlı isə bir azdan sevimli rejissorunu görə bilmə ehtimalının həyəcanını yaşayırdıq.
Əmir Kusturitsa özü bu şəhərdə yaşayır axı. Paytaxtda, xaricdə işləri olanda özünün köhnə vertolyotuna minib gedir, işlərini bitirib, təzədən özünün yaratdığı solçu şəhərciyinə qayıdır. Amma yazımızın qəhrəmanı olacaq adam hələ ki, gözə dəymirdi.
Şəhər niyə solçudur? Əvvəla, burada bir dənə reklam lövhəsinə, vərəqəsinə rast gələ bilməzsiniz. Burada işlənən heç bir ərzaq heç bir markaya, brendə məxsus deyil. Bütün ərzaqlar yerli camaatdan alınır: un, süd və ət məhsulları, meyvə-tərəvəz. Bu şəhərdə ənənəvi qara çay içilmir – əvəzinə kəklikotu, nanə və dazıotundan ibarət bitki çayı içilir. Konfetlər, şirnilərdən söhbət gedə bilməz – ya aşpazın öz zövqüncə bişirdiyi kekslər, paxlavalar, ya da təmiz bal verilir.
Restoranlarda qiymət olduqca ucuzdur. Hətta demək olar ki, gülməlidi. Serbiyadakı, xüsusilə paytaxt Belqraddakı qiymətlərdən üç dəfə ucuzdu hər şey. Keyfiyyətə gəlincə, bütün qidalar sağlam, dadlı, təbiidi.
Şəhərin qurtardığı yerdə bazar yerləşir. Burada yerli əhali öz məhsullarını satır – taxta, gil qab-qacaq, mürəbbələr, bal, «rakiya» adlanan milli serb araqları, evdə hazırlanmış likörlər, toxunma pal-paltar və min cür xırdavat. Şəhərdə turistlərin bol olmasına baxmayaraq, heç kim bundan istifadə edib qiymətləri qaldırmır. Hər şey çox ucuzdu. Əgər üstünüzdə serblərin pul vahidi olan dinar yoxdursa, satıcı sizdən pulu avro ilə də alacaq. Amma qalığını dinarla qaytaracaq. Əgər içki almaq istəyirsizsə, satıcılar o dəqiqə xırda qədəhlərə nümunələrdən süzüb, dadına baxmağı təklif edəcəklər. Bu bazarda bir şüşə içki almaq üçün on içkinin dadına baxıb, sərxoş ola bilərsiniz. Satıcılar o qədər mehriban və şuxdular ki, az qalırlar içkinin dadına baxana «zakuska» təklif eləsinlər.
Mərkəzi küçədəki «Lotika» restoranı milli serb yeməkləri təqdim eləyir. Serb mətbəxinin əsas cəhəti təbiiliyidi. Qızardılmış ətlər, tərəvəzlər, qatı bulyonlu şorbalar. Yeməklərin xüsusi bər-bəzəyi olmur. Salatlar iri-iri doğranmış pomidor, xiyar, üstünə sous əlavə olunmuş kələmlər-filan. Əsas vurğu dadın və bolluğun üstünə düşür. Yeməklərin yanında Koka-Kola, Fanta, Pepsi kimi içkilərdən söhbət gedə bilməz. Uzaqbaşı, yerli məhsul «Knyaz Miloş» mədən suyu. Əsas içki isə üzərində Çe Gevaranın və Kusturitsanın şəkilləri olan «Biorevolyusiya» (bioinqilab) meyvə şirələridir.
Əmir Kusturitsa öz şəhərində brendlərə, konservantlara, transgenlərə müharibə elan eləyib.
Drvenqradda qaldığımız on günün yeddinci gününü şəhərdən kənara çıxdıq. Serbiya ilə Bosniyanı birləşdirən, bir vaxtlar ciddi-ciddi dəmir yolu olsa da, indi ancaq turistləri gəzdirən bircə qatarı olan, əvvəli və axırı olmayan, son dayanacağı həm də başlanğıcı olan dairəvi dəmir yoluna getdik. Bilet alıb qatara mindik və dağların arası ilə iki saatlıq səfər elədik. Dayanacaqlardan birində balaca bir market gördük. Marketə yaxınlaşanda şəffaf qapılı soyuducuda qızaran Koka-Kola şüşələrini görəndə, qəribə bir hiss keçirdim. Mənə elə gəldi ki, bir həftə SSRİ-də qalandan sonra qəfildən xarici ölkəyə getmişəm və kapitalist markası ilə rastlaşmışam.
Üzümü çevirib getdim: Kusturitsanın balaca sosializmində hələ üç gün də təcrid olunmaq imkanım vardı.
Drvenqraddakı səhərlərdən birində elə lap qəfildən, bazarın ortasında Əmir Kusturitsanın özünə rast gəldik. Əvvəl gözlərimizə inanmasaq da, bu, «qaraçı Fellini»nin özü idi – sahibi və sakini olduğu şəhəri gəzirdi. Saçları həmişəki kimi çirkli və dağınıq, özü solğun və köhnə paltarda. Boyu isə ekranda göründüyündən daha hündür idi – üzünü tam görə bilmək üçün bizim kimi sadə ölümlülər gərək altdan yuxarı babat dartına idik.
Özümüzü təqdim elədik. Azərbaycandan olduğumuzu, buraya onun şəhərindən reportaj hazırlayıb, özündən müsahibə almaq niyyətilə gəldiyimizi dedik. Yeri gəlmişkən, Kusturitsa rus dilində çox yaxşı danışır. Dedi ki, bir neçə saatdan sonra Bosniyaya gedir. Orada özünün ikinci şəhərini – daşlardan tikilmə Kamenqrad şəhərini salır. Amma bir neçə gündən sonra qayıdacaq və bizə müsahibə verəcəkdi.
Drvenqraddakı sonrakı günlərimizi həyəcan və ümidlə Əmir Kusturitsanı gözləyirdik.
Ta ki, səfərimizin qurtarmağına bir gün qalmış, bütün ümidimiz üzülüb, əl-ayağımızın boşaldığı gün səhər yeməyi üçün Vskonti restoranına girib, qəhrəmanımızı masalardan birinin arxasında oturduğunu görənə qədər...
Gecə biz yuxuda olanda Əmir öz vertolyotu ilə Drvenqrada enmişdi və sözünə əməl edərək, bizə müsahibə verməyə hazır idi...
Müsahibəni də Lent.az-da gözləyin...
Günel Mövlud,
Drvenqrad-Bakı

3019