Rusiya stadionlarında pivəyə icazə verilir
Rusiyada idman obyektlərində pivədən istifadəyə icazə verən qanun layihəsi payız sessiyasında Dövlət Dumasının müzakirəsinə çıxarılacaq. Lent.az-ın məlumatına görə, bu barədə qanunverici orqanın bədən tərbiyəsi, idman və gənclərin işi üzrə komitəsinin sədr müavini Marat Bariyev açıqlama verib.
O bildirib ki, əsas məsələ azarkeşlərin sərxoşluq problemini həll etməkdir: “Hiss olunur ki, bəzi azarkeşlər idman yarışlarına baxmağa yox, içməyə gəlirlər. Beynəlxalq təcrübəyə müraciət edərkən, heç kim yada salmır ki, yarışlar zamanı kütləvi sərxoşluq müşahidə olunmur. Bu məsələnin müzakirəsinə qayıtmalı olacağımızı istisna etmirəm. Lakin biz ilk növbədə stadionlardakı sərxoşluğa diqqət ayırmalı və bunu aradan qaldırmalıyıq. Əks halda, böyük problemlərlə və Rusiya barədə beynəlxalq arenada mənfi imicin yaranması ilə üzləşəcəyik.
Rusiya Futbol Premyer Liqasının icraçı direktoru Sergey Çeban isə deyib: “Biz pivə qəbulunu istərdik, çünki azarkeşlər bizim auditoriyamızdır. Lakin mədəni istifadə lazımdır. Hazırda bu, mümkün deyil. Çünki pivə alkoqollu içkilərə bərabər tutulur”.
Qeyd edək ki, Rusiya stadionlarında pivə qəbulu 2005-ci ildən yasaqlanıb. Həmin vaxt spirtli içkilərin bütün bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərində satışı qadağan olunub. Faktiki olaraq, hazırda pivəni stadion yaxınlığından da almaq mümkün deyil.

970