Abdulla Gülün səhhətində problem yaranıb
23 avqust 2012 11:43 (UTC +04:00)

Abdulla Gülün səhhətində problem yaranıb

Türkiyə prezidenti Abdulla Gül Qırğızıstana səfərini yarımçıq saxlayaraq, ölkəsinə qayıdacaq. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, buna səbəb Abdulla Gülün qulağında yaranmış ağrılardır. Məlumata görə, A.Gül bu gün Qırğızıstanda keçirilən Türkdilli Dövlətlər Birliyinin sammitinin açılışına qatılıb. O, Qırğızıstanlı həmkarı Almazbek Atambayevlə görüşdükdən dərhal sonra vətəninə qayıdacaq.



Qeyd edək ki, Abdulla Gül Qırğızıstanda 2 gün qalmağı planlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1994

Oxşar yazılar