Dağıstanda bir gecədə üç hərbçi öldürüldü
23 avqust 2012 11:17 (UTC +04:00)

Dağıstanda bir gecədə üç hərbçi öldürüldü

Dağıstanda vəziyyət sabitləşmək bilmir. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, ötən gecə Dağıstanın Babayurt rayonunun Babayurt kəndində yaraqlılar daxili qoşunların kapitanı Rasul Kaçmasovu öldürüblər.





Tsuntinsk rayonunun Mokok kəndində isə posta hücum edən yaraqlılar iki hərbçini öldürüb, daha üç nəfəri isə yaralayıblar.



Hadisə yerindən qaçan yaraqlılar meşələrdə gizlənə biliblər.
# 694

Oxşar yazılar