Türkiyədə partlayışlar: 4 ölü, 6 yaralı
23 avqust 2012 00:48 (UTC +04:00)

Türkiyədə partlayışlar: 4 ölü, 6 yaralı

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi maşın karvanı keçən yolda ardarda 4 partlayış törədib.

APA-nın xəbərinə görə, terror aktı Hakkari şəhərinin Şemdinli qəsəbəsindən 20 km aralıda baş verib. Hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin “Kobra” vertolyotları və hərbi texnikası cəlb olunub.

Eyni zamanda bölgənin İran sərhədi yaxınlığında jandarma məntəqəsi minaatandan atəşə tutulub.

Partlayışlarda 4 əsgər şəhid olub, 6-sı yaralanıb.

Yaralı əsgərlər Hakkari Hərbi Hocpitalına göndərilib.

Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçulara qarşı əməliyyatların davam etdiyini bildirib.

# 2284

Oxşar yazılar