ABŞ-dan Ermənistana xəbərdarlıq
22 avqust 2012 16:27 (UTC +04:00)

ABŞ-dan Ermənistana xəbərdarlıq

İranın beynəlxalq embarqoları aradan qaldırmaq üçün Ermənistan və İraq banklarından yardımlar almasına dair məlumatlar ABŞ-ı əndişələndirib. APA-nın bildirdiyinə görə, bu barədə Türkiyənin NTV telekanalının saytı məlumat yayıb.


İddialara görə, Ermənistan və İraq bankları beynəlxalq maliyyə transferləri ilə İran iqtisadiyyatına dəstək olur. Ermənistanı şübhəli ölkələr siyahısına salan məqam isə bu ölkədəki İran mənşəli bankların yerinə yetirdiyi beynəlxalq əməliyyatlardır. ABŞ 2007-ci ildə Ermənistana İran üçün əməliyyatlar gerçəkləşdirməmək barədə xəbərdarlıq edib.


ABŞ buna görə İraq Mərkəzi Bankı başda olmaqla, bir sıra ölkələrdən xeyli sayda bankı İran adına böyük həcmdə maliyyə transferi gerçəkləşdirməkdə ittiham edir. Hazırda İraq və İran arasında illik ticarət dövriyyəsi 11 milyard dollar təşkil edir. İraqın İrana başqa bir yardımı isə neft qaçaqmalçılığıdır. İranın embarqo qoyulmuş neftinin bölgəyə İraq üzərindən satdığı irəli sürülür.
# 4057

Oxşar yazılar