Sel Krasnodardan əl çəkmir: 600 ev su altında, 4 ölü
22 avqust 2012 12:50 (UTC +04:00)

Sel Krasnodardan əl çəkmir: 600 ev su altında, 4 ölü

Rusiyanın Krasnodar diyarının Tuapse rayonunu sel suları basıb. Lent.az-ın dni.ru-ya istinadən verdiyi məlumata görə, ötən gecə Neçepsuxo çayının məcrasından çıxması nəticəsində Novomixaylovski kəndini sel aparıb.

Məlumata görə, 600 ev su altında qalıb, 4 nəfər həlak olub.

Xatırladaq ki, bir qədər əvvəl Krasnodar diyarında baş vermiş sel nəticəsində 179 nəfər həyatını itirmişdi.
# 1260

Oxşar yazılar