Dağıstanda iki polis və kənd icra nümayəndəsi öldürüldü
22 avqust 2012 12:49 (UTC +04:00)

Dağıstanda iki polis və kənd icra nümayəndəsi öldürüldü

Dağıstanın Xiva rayonunda yerli kənd icra nümayəndəsi öldürülüb. Lent.az-ın “RİA Dagestan”-a istinadən verdiyi xəbərə görə, kənd icra nümayəndəsi Kazimaqomed Maqomedov maşını ilə hərəkət edərkən yaraqlılar tərəfindən tələyə salınaraq, qətlə yetirilib.
Paytaxt Mahaçqalada isə axşam saatlarında biri zabit olmaqla iki polis işçisi öldürülüb. Ekspertlər onların başından güllələnərək öldürüldüyünü bildiriblər.
# 791

Oxşar yazılar