İngiltərə ən son model hərbi gəminin fotolarını yaydı - FOTO
Bu barədə Lent.az İngiltərə Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Son nəsil döyüş gəmisi sayılan “Type-26” savaş gəmiləri sənayesinin ən son nailiyyətlərini özündə birləşdirir. 2020-ci ildən sonra silahlanmaya qəbul ediləcəyi gözlənilən bu gəmi Kral Dəniz Qüvvələri tərəfindən çox təyinatlı, o cümlədən döyüş və piratçılıqla mübarizə, habelə fəlakət bölgələrində humanitar əməliyyatlarda istifadə olunacaq.
Nazirliyin məlumatında qeyd olunub ki, 2010-cu ildən başlayaraq gəminin əsas imkanları və ilkin dizaynın müəyyənləşdirilməsi üçün “BAE Systems” şirkəti ilə birgə işlər aparılır. Çəkisi 5400 tondan artıq, uzunluğu 148 metr təşkil edəcək “Type-26” Kral Dəniz Qüvvələrinin ən müasir gəmisi olacaq. Gəminin üzərində bir ədəd “Merlin” və ya WILDCAT helikopteri üçün anqar, pilotsuz uçuş aparatları, xilasetmə qayıqları və sualtı üzmə vasitələri üçün əlavə yerlər olacaq.
Sürəti 64 km/saat təşkil edəcək gəmi birbaşa 14 485 km məsafəni qət edə biləcək. Gəminin silahlanmasına hər biri 4 ədəd olmaqla 2 paket “Harpoon” raketi, 1 ədəd Sea Wolf GWS.26 VLS, 24 ədəd torpedo, həmçinin 114 mm-lik zenit topu daxil olacaq.
Rəşad

Oxşar yazılar

Hindistan yenə Ermənistana "Akash" göndərir
11 may 2025 , 23:11
Bu ölkədə şahmat qadağan edildi
11 may 2025 , 19:23
Yeni Roma Papasından ilk ÇAĞIRIŞ
11 may 2025 , 16:14
Trampdan yeni sürpriz
11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı
11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi
11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir
11 may 2025 , 02:45