Suriya jurnalistlər üçün cəhənnəmə çevrilir
21 avqust 2012 11:32 (UTC +04:00)

Suriya jurnalistlər üçün cəhənnəmə çevrilir

Suriyanın Hələb şəhərində yaponiyalı jurnalist Mika Yamamato həlak olub. Lent.az-ın REGNUM-a istinadən verdiyi xəbərə görə, şəhərin Süleyman-əl-Halbi məhəlləsində gedən döyüşlər zamanı güllə yarası alan xanım jurnalist yaxınlıqdakı tibb məntəqəsinə çatdırılsa da, ölüb.

Xanım Yamamato müstəqil Japan Press agentliyinin əməkdaşı idi.

Bu arada Türkiyə KİV-i Suriyada olan bir neçə Livan və türk jurnalistlərinin itkin düşdüyü xəbərini yayıb. Bir neçə gün bundan əvvəl isə “İhlas” agentliyinin Suriyaya ezam olunmuş müxbiri Hələb ətrafında ayağından iki güllə yarası almışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar