İstanbulda 1 milyon nəfərlik şəhər salınacaq
20 avqust 2012 12:10 (UTC +04:00)

İstanbulda 1 milyon nəfərlik şəhər salınacaq

«APA-ECONOMICS»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Avropa hissəsində yerləşən Kayaşehir rayonu planlaşdırmasına artıq başlanılan yeni şəhərin mərkəzi olacaq. Layihənin son məqsədi yeni şəhərdə 1 mln. əhalini yerləşdirmək olsa da, bu qədər insanın burada məskunlaşması mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq yeni şəhərdə 500 min əhali yerləşdiriləcək, daha sonra əhalinin sayı 700 minə, sonda isə 1 mln-a çatdırılacaq.

Türkiyənin ətraf mühit və şəhər planlaşdırılması naziri Ərdoğan Bayraktarın sözlərinə görə, yeni şəhərin inşası sürətlə həyata keçiriləcək. Nazir onu da bildirib ki, cari ilin oktyabr ayında İstanbul rayonlarının dəyişdirilməsi layihəsinə başlanacaq. Dəyişməyə təbii fəlakət nəticəsində zərər çəkmiş rayonlar məruz qalacaq. Hazırda risk altında olan binaların sayı dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1373

Oxşar yazılar