Bəşər Əsəd Türkiyəni hədələdi
18 avqust 2012 14:01 (UTC +04:00)

Bəşər Əsəd Türkiyəni hədələdi

Bəşər Əsəd rəsmi Ankaraya Türkiyənin Suriya müxalifətinə silah köməyini dayandırmayacağı təqdirdə PKK-ya Rusiya istehsalı SA-8 zenit raketlərini verəcəyi ilə bağlı xəbərdarlıq edib. Lent.az-ın “haber türk”-ə istinadən verdiyi məlumata görə, belə bir məlumatla İsrailin “Debka” saytı çıxış edib.

Saytın yazdığı məlumatda qeyd olunur ki, Suriya lideri B. Əsəd Türkiyənin suriyalı müxalifətçilərə FIM-92 Stinger zenit raketlərini verdiyini iddia edərək, belə olan halda o da 2500 PKK yaraqlısını silahlandıracağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2201

Oxşar yazılar