Məşhur erməni biznesmen özünü öldürdü
18 avqust 2012 08:56 (UTC +04:00)

Məşhur erməni biznesmen özünü öldürdü

Məşhur biznesmen, 76 yaşlı Mişa Ayrapetyanın İrəvanda öz mənzilində cəsədi aşkar edilib. Hadisə yerinə gələn İrəvan polisinin rəisi Nerses Nazaryan Ayrapetyanın intihar etdiyini bildirib. Lakin Nazaryan hadisənin motivləri barədə məlumat verməyib.

Polisin məlumatına görə, intihar baş verən vaxt Ayrapetyanın ailə üzvləri də evdə olublar. Ayrapetyan özünü «TT» tapançadan açdığı atəşlə öldürüb.

Qeyd edək, Ayrapetyan qardaşlarına tikinti materialları zavodu, «Ayastan» ticarət mərkəzi, ippodrom və «BMW» dükanlar şəbəkəsi məxsusdur.

Hadisə yerinə Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri də gəliblər.

APA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2054

Oxşar yazılar