Terrorçular NATO vertolyotunu vurdu: 12 nəfər ölüb
17 avqust 2012 14:59 (UTC +04:00)

Terrorçular NATO vertolyotunu vurdu: 12 nəfər ölüb

Əfqanıstanda dünən NATO vertolyotunun vurulması nəticəsində 12 nəfər ölüb. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, vertolyotun vurulması nəticəsində ölən hərbiçilərin yeddi nəfəri NATO, dörd nəfəri isə ABŞ əsgərləridir. Ölənlər arasında bir nəfər mülki vətəndaş da olub.

Ölkə rəsmiləri hadisənin Kandahar əyalətində olduğunu bildiriblər. Qeyd edək ki, hadisəni “Taliban” terror təşkilatı öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357

Oxşar yazılar