Tətil edən mədənçilərlə toqquşma: 30 nəfər ölüb
17 avqust 2012 15:12 (UTC +04:00)

Tətil edən mədənçilərlə toqquşma: 30 nəfər ölüb

Cənubi Afrikada polis platin mədənində tətil edən mədənçilərə atəş açıb. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30-dan çox insan ölüb.

Ölkənin Polis Xidmətinin sözçüsü Zweli Mnisi jurnalistlərə açıqlamasında qeyd edib ki, paytaxtın şimal-qərbindəki Marikana şəhəri yaxınlığında yerləşən “Lonmin PLC” mədənindəki hadisələrlə əlaqədar istintaq aparılır.

Qeyd edək ki, avqustun 10-da 10 təxminən 3 min işçinin daha çox əmək haqqı üçün tətil etdikləri “Lonmin” mədənində təhlükəsizlik gücləri ilə mədənçilərin arasında qarşıdurma olmuş və 10 nəfər ölmüşdü.
# 1099

Oxşar yazılar