Əsəd Türkiyə sərhədində daha bir kəndi bombaladı - CANLI XƏBƏR
16 avqust 2012 19:25 (UTC +04:00)

Əsəd Türkiyə sərhədində daha bir kəndi bombaladı - CANLI XƏBƏR

Lent.az-ın xüsusi müxbiri Səbuhi Məmmədlinin Suriya sərhədindən verdiyi xəbərə görə, hava qüvvələrinin Türkiyənin Akçakale kəndi ilə həmsərhəd olan Suluq ərazisini bombalaması nəticəsində 10 nəfər ölüb, onlarla insan isə yaralanıb. Artıq həmin ərazilərdən suriyalılar Türkiyə ərazisinə köç edirlər.

Qeyd edək ki, dünən ölkənin hava təyyarələrinin Türkiyə ilə sərhəddə yerləşən Əziz qəsəbəsini bombalaması nəticəsində onlarla insan həlak olub.
# 1870

Oxşar yazılar