Ekvador Assanca sığınacaq verdi
16 avqust 2012 18:20 (UTC +04:00)

Ekvador Assanca sığınacaq verdi

Lent.az-ın məlumatına görə, bu barədə Ekvadorun xarici işlər naziri Rikardo Patinyo bildirib.

Patinyo qeyd edib ki, bu addım Assancın ölkə prezidentinə ünvanladığı sorğu qarşılığında atılıb. “WikiLeaks”in yaradıcısı siyasi sığınacağı iyunda istəyib. Bu, Britaniya məhkəməsinin onu zorlama ittihamı ilə cinayət işinin qaldırıldığı İsveçə ekstradisiya etməklə bağlı qərarından sonra baş verib. Lakin Assanc İsveçin onu casusluq və gizli informasiyanın açıqlanması ittihamının irəli sürüldüyü ABŞ-a verəcəyindən ehtiyatlanır.

O, iyunun 19-dan Ekvadorun Londondakı səfirliyində gizlənir. Avqustun 15-də Britaniya hökuməti “WikiLeaks”in yaradıcısını təhvil verməyəcəyi halda diplomatik missiyanı hücumla alacağına dair hədə-qorxu gəlib. Səfirliyə polis qüvvələri cəmləşdirilib. Ertəsi gün binanın qarşısına Assanc tərəfdarları yığışıb. Onlardan bir neçəsi həbs olunub.

Qeyd edək ki, Culian Assanc 2006-cı ildə “WikiLeaks”in əsasını qoyub. Media resursu müxtəlif qurum və təşkilatların gizli informasiyalarının dərci üzrə ixtisaslaşıb. Son illər “WikiLeaks”də İraq və Əfqanıstandakı hərbi kampaniyalara dair sənədlər, habelə ABŞ-ın diplomatik yazışmaları dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar