Əsəd Türkiyə sərhədində göz dağı verir: 50 ölü - CANLI XƏBƏR
16 avqust 2012 16:39 (UTC +04:00)

Əsəd Türkiyə sərhədində göz dağı verir: 50 ölü - CANLI XƏBƏR

Dünən Suriyada Bəşər Əsədə sadiq hərbi hava qüvvələri Türkiyə ilə sərhəddə yerləşən və türkmənlərin yaşadığı Əziz kəndini bombardman edib. Lent.az-ın xüsusi müxbirinin Suriya sərhədindən verdiyi məlumata görə, kəndin bombalanması nəticəsində azı 50 nəfərədək insan həlak olub. Xeyli yaralı isə Türkiyəyə gətirilib və Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

Milliyətçi Hərəkat Partiyasının (MHP) Kilis şöbəsinin başqanı Mehmet Ali Özkara Lent.az-ın əməkdaşına açıqlamasında deyib ki, bombardman səsləri Türkiyə tərəfdə, Kilisdə aydın eşidilib: “Qaçqınlar bildirir ki, kənddəki bütün evlər vurulub, məscid, məktəb dağıdılıb. Xeyli insan yaralı vəziyyətdə həmin binaların altında qalıb. Bəlkə ölənlərin sayı daha çoxdur. Çünki çoxlarını Əsəd qüvvələrinin əlindən qurtarmaq mümkün olmayıb. Bombardman zamanı müxalif qüvvələr də xeyli itki verib”.
# 2790

Oxşar yazılar