İngiltərə Ekvadoru təhdid etdi: “Səfirliyə hücum edərik”
16 avqust 2012 16:49 (UTC +04:00)

İngiltərə Ekvadoru təhdid etdi: “Səfirliyə hücum edərik”

Rəsmi London Ekvador hökumətini “Wikileaks”in qurucusu Culiyan Assancın sığındığı səfirliyinə hücum edəcəyi ilə təhdid edib. Lent.az-ın “haber türk”-ə istinadən verdiyi məlumata görə, Ekvadorun xarici işlər naziri jurnalistlərə açıqlamasında qeyd edib ki, C. Assancın təhvil verilməyəcəyi təqdirdə, ölkəsinin Londondakı səfirliyinə hücum ediləcəyi haqda İngiltərə rəsmilərindən gizli təhdid alıb: “Təhdid Ekvadorun Xarici İşlər Nazirliyinə təqdim olunan bir məktubda öz əksini tapıb”

Artıq məsələyə İngiltərə hökuməti də münasibət bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunur ki, Assanc mütləq təhvil verilməlidir: “Əks təqdirdə səfirliyə hücum edərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar