İranın 2013-cü ilin iyununda vurulacağı deyilir
16 avqust 2012 13:48 (UTC +04:00)

İranın 2013-cü ilin iyununda vurulacağı deyilir

Dünyada baş verən olaylar İslam Respublikasının yaddan çıxmasına səbəb olmur. Lent.az-ın «ZMAN.com»-a istinadən məlumatına görə, ABŞ və İsrail hökumətləri prezident Barak Obama və baş naziri Binyamin Netaniyahu arasında görüş təşkilinin hazırlığına başlayıb.

Mənbənin bildirdiyinə əsasən, Ağ Evin indiki yiyəsi rəsmi Təl-Əvivə boyun olub ki, sanksiyalar İslam Respublikasının şübhəli nüvə proqramını dayandırmasına təsir etməzsə, o zaman 2013-cü ilin iyununda ABŞ İrana qarşı hərbi güc tətbiq edəcək.

Bu məlumatı İsrailin «10-cu» televiziya kanalı da yayımlayıb. Mənbə bildirib ki, həmin görüş ya bu ilin sentyabrında, ya da oktyabrın əvvəlində Nyu-Yorkda, yaxud Vaşinqtonda gerçəkləşdiriləcək.

Barak Obamanın seçkiqabağı kampaniyasının baş strateqi Devid Akselrod da görüş keçiriləcəyini təsdiqləyib.

Pentaqonun başçısı Leon Panetta isə bildirib ki, İsrail İranı vurmaq üçün qərar qəbul etməyib: «Mən əvvəllər də demişəm, yenə təkrar edirəm. Hazırda İsrailin İrana hücum haqda qərar qəbul etməsinə inanmıram. Əlbəttə, onlar müstəqil dövlətdir və öz təhlükəsizlik maraqlarına uyğun qərar qəbul edə bilər. Ancaq mən belə bir qərarın qəbul edilməsinə əmin deyiləm».

İran məsələsi bağlı ABŞ-ın mövqeyindən danışan müdafiə naziri bildirib ki, Vaşinqton İslam Respublikası ilə bağlı problemin diplomatik yolla həllinə üstünlük verir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49