Suriya İslam Əməkdaşlıq Təşkilatından çıxarıldı
16 avqust 2012 10:38 (UTC +04:00)

Suriya İslam Əməkdaşlıq Təşkilatından çıxarıldı

Suriyanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) üzvlüyü dayandırılıb. Lent.az-ın məlumatına görə, belə bəyanat İƏT-ə üzv ölkələrin Məkkədə keçirilmiş sammitinin yekun kommunikesində əksini tapıb.

Bununla yanaşı, İƏT-ə üzv ölkələr Suriyadakı vəziyyətə zorla müdaxilə ideyasını dəstəkləməyiblər. Əvvəllər Suriyanın bu təşkilatda üzvlüyünün dayandırılmasının gərəkliyini quruma üzv ölkələrin xarici işlər siyasəti rəhbərləri bildiriblər. Onların görüşü sammit ərəfəsində baş tutub. Həmin vaxt bildirilib ki, Suriyanın İƏT-dən kənarlaşdırılması qərarını nazirlərin mütləq çoxluğu dəstəkləyib. Yalnız Suriyanın hakim rejiminin müttəfiqi olan İranın Xarici İşlər Nazirliyi qərarın əleyhinə çıxıb.

Qeyd edək ki, İƏT 1969-cu ildən fəaliyyətdədir. Qurumun 60-dək üzvü arasında bütün Yaxın Şərq ölkələri, keçmiş SSRİ-nin Orta Asiya respublikaları və Azərbaycan da var. Rusiya bu təşkilatda müşahidəçi statusuna malikdir.

Suriyada prezident Bəşər Əsəd tərəfdarları və əleyhdarları arasında konflikt 2011-ci ilin martından davam edir. Qarşıdurma başlayandan bəri ölkədə minlərlə insan öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1279

Oxşar yazılar