PKK Türkiyəni deputatın həyatı ilə təhdid etdi
13 avqust 2012 17:58 (UTC +04:00)

PKK Türkiyəni deputatın həyatı ilə təhdid etdi

Lent.az-n “Haber türk”-ə istinadən verdiyi məlumata görə, adıçəkilən terror təşkilatından “Fırat” İnformasiya Agentliyi verilən açıqlamada qeyd olunur ki, Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Hüseyn Aygünün qaçırılmasından sonra Ovacık ərazisində aniterror əməliyyatlarına başlanılıb: “Bu əməliyyat millət vəkilinin həyatını təhlükəyə atır. Bunu həm CHP, həm də bütün ictimaiyyət bilməlidir”.

Qeyd edək ki, türkiyəli millət vəkili H. Aygün Ovacık rayonundan çıxdığı zaman terrorçular tərəfindən qaçırılıb. Onunla bir yerdə köməkçisi və “Axşam” qəzetinin müxbiri də olub. Lakin millət vəkilini girov götürən terrorçular köməkçisini və müxbiri sərbəst buraxıblar.
# 1372

Oxşar yazılar