Klinton gecəyarısı İstanbula gəldi
Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Klinton Türkiyəyə Suriya ilə bağlı hazırlanmış planı gətirib. ABŞ-da hazırlanmış proqram Türkiyə dövlətinin rəhbərliyi ilə müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.
Bu gün xanım Klintonun Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulub.
Bundan başqa ABŞ-ın xarici siyasət idarəsinin rəhbərinin Suriya Milli Birlik hökumətinin nümayəndələri ilə görüşünün keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, dünən İranda Çin və Rusiya kimi ölkələrin də iştirakı ilə 30 dövlətin nümayəndəsi Suriya problemini müzakirə edib. Avqustun 14-də isə Türkiyə və İran prezidentlərinin iştirakı isə İslam Konfransı Təşkilatının növbədənkənar qurultayı çağırılıb.
Belə bir zamanda Hillari Klintonun təcili olaraq Türkiyəyə gəlməsi ABŞ-ın vəziyyətə nəzarəti əldən verməmək cəhdi kimi qiymətləndirilir.

2587