Rusiya İranı hədələdi
Lent.az-ın Rusiyanın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya İrana S-300 raketləri satacağı ilə bağlı müqavilə bağladıqdan sonra bundan imtina etmişdi və İrandan aldığı 160 milyon dollar behi qaytarmışdı. İran isə əvəzində Cenevrə məhkəməsinə müraciət edərək müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə, Rusiyadan 4 milyard dollar təzminat tələb edir.
“Kommersant”ın Rusiya hökumətindəki mənbəsinin dediyinə görə, daim Tehranın dinc nüvə layihəsini dəstəkləyən Rusiyaya qarşı İranın atdığı bu addımı heç də “alicənab addım” saymırlar: “Nüvə proqrammı danışıqlarında biz daim İranı dəstəkləyirik, onun mövqeyini müdafiə edirik, bu da onların əvəzi”.
Mənbənin dediyinə görə, Moskva rəsmi Tehranın nəzərinə çatdırıb ki, məhkəməyə göndərilən iddia “münasibətlərin gələcək inkişafına kölgə sala bilər”. Rusiya avqustun sonlarında İranın nüvə proqramı ilə bağlı yenidən bir araya gələcək “altılıların” növbəti görüşünə də işarə vurub.
Xatırladaq ki, Rusiya qərb ölkələrindən fərqli olaraq nüvə proqrammı məsələsində daim rəsmi Tehranın yanında olub, bu ölkəyə qarşı iqtisadi sanksiyaların, müharibə çağırışlarının əleyhinə çıxış edib.

995