Səudiyyə Ərəbistanından İsrailə “vuraram” xəbərdarlığı
09 avqust 2012 15:12 (UTC +04:00)

Səudiyyə Ərəbistanından İsrailə “vuraram” xəbərdarlığı

Səudiyyə Ərəbistanı İranın nüvə obyektlərini vurmaq üçün onun hava məkanından istifadə edəcəyi təqdirdə İsrail təyyarələrini vuracağı ilə bağlı xəbərdarlıq edib. Lent.az-ın newsru.co.il-a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə hakimiyyəti ABŞ-ı da məlumatlandırıb.

İsrail rəhbərliyi isə Səudiyyə Ərəbistanının xəbərdarlığını ABŞ istəyi ilə etdiyi qənaətindədir. Rəsmi Təl-Əviv bunu ABŞ-ın İsraili İranı tək vurmamaq istəyi ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar