“Sebastyan” həbs edildi
09 avqust 2012 11:04 (UTC +04:00)

“Sebastyan” həbs edildi

Lent.az-ın “France Presse”-yə istinadən verdiyi xəbərə görə, Kolumbiya prezidenti Xuan Manuel Santos Varqasın həbsini “cinayətkar aləmə böyük zərbə” adlandırıb.

Varqas “Oficina de Envigado” narkokartelinin lideri olub. O, bu kartelin başına ötən ilin noyabrında həbs edilmiş “Valensiiano” ləqəbli Maksimiliano Oroskonun həbsindən sonra keçib.

BBC News-un məlumatına görə, “Oficina de Envigado”nun əsasını isə məşhur narkobaron Pablo Eskobar qoyub. “Oficina de Envigado”nun aylıq qazancı 20 milyon dolları ötürdü.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar