Mer müavininin oğlu da yaraqlı çıxdı
08 avqust 2012 19:03 (UTC +04:00)

Mer müavininin oğlu da yaraqlı çıxdı

Lent.az-ın “kavkaz-uzel”ə istinadən verdiyi xəbərə görə, Xasavyurt merinin müavini Səlimxan Camaləddinovun oğlu İshaq yaraqlıları öz evində gizlədibmiş.

Xüsusi təyinatlıların evi mühasirəyə almasından sonra yaraqlılarla danışıqlar başlanıb. Atasının yalvarışlarından sonra İshaq Camaləddinov və iki yaraqlı təslim olub. Daha iki yaraqlı isə müqavimət göstərməyə başlasa da, qısa bir zamanda öldürülüblər. Öldürülənlərdən biri Xasavyurt “əmiri” kimi tanınan “Xalid” ləqəbli Hüseyn Azartsumovdur.

Həbs olunanlar Xasavyurtda və Dağıstanın bir çox rayonlarında partlayışlar törətməkdə günahkar bilinirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar