Hələb Türkiyəyə köçür -FOTO
Lent.az-ın beynəlxalq KİV-ə və Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdə xaos hökm sürür.
Günorta saatlarında Hələb Dövlət Universitetinin yataqxanasında əlləri bağlı halda güllələnmiş 50-dən çox tələbənin meyiti tapılıb. Onların Suriya Azadlıq Ordusunun tərəfdarları olduğu zənn edilir. Suriya hökumət qüvvələri şəhəri alsalar da, orda möhkəmlənə bilmirlər və müqavimət davam edir.
Hələbdən isə üzü Türkiyəyə doğru böyük köç başlayıb. Türkiyənin Suriya ilə sərhəd məntəqələrində basabas yaranıb. İnsanlar tikanlı məftilləri belə adlayıb Türkiyəyə sığınmaq istəyirlər.
Kilis, Antakya, Hataydakı çadırlar qaçqınlarla doludur. Burdakı düşərgələrdə artıq yer olmadığından qaçqınların çoxu Şanlı Urfaya göndərilir. Təkcə bu gün Türkiyəyə üz tutanların sayı minlərlədir.
Səbuhi

565