Ərdoğan İranın hərəkətindən təəssüflənir
08 avqust 2012 14:27 (UTC +04:00)

Ərdoğan İranın hərəkətindən təəssüflənir

Rəcəb Tayyip Ərdoğan İrana sərt cavab verib. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələri İrandan üz döndərdiyi zaman Türkiyə onun yanında olub: “Nüvə enerjisi məsələsində də axıra qədər İranı dəstəkləyən Türkiyə oldu”.

Ərdoğan onu da vurğulayıb ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Suriyadakı vəziyyətə görə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri ittiham etməsi təəssüf doğurur.

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi bir neçə gün öncə qeyd edib ki, Suriyadan sonra sıra Türkiyəyə çatacaq. O, həmçinin bəzi dövlətləri, o cümlədən Türkiyəni Suriyada baş verən hadisələrdə günahlandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar