Suriyada “öldürülən” rus general Moskvada imiş
Suriyada öldürüldüyü iddia edilən rusiyalı general sağdır və hazırda Moskvadadır. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə güc strukturlarındakı mənbə bildirib.
Mənbə general Vladimir Kodjayevin həqiqətən də Suriya Müdafiə Nazirliyinin müşaviri vəzifəsində çalışdığını təsdiqləyib. Amma onu da əlavə edib ki, bir müddət əvvəl general Kodjayev ehtiyata buraxılaraq vətənə dönüb.
Xatırladaq ki, newsru.co.il saytı “Əl-Ərəbiyyə” telekanalına istinadən Suriya Azadlıq Ordusu Kodjayevin öldürülməsi barədə xəbər yaymışdı.

569