Filippinin paytaxtı su altında qalıb
Leysan yağışlarının həyatı iflic etdiyi Filippinin paytaxtı Manilada dünən eyni ailədən olan 8 nəfər torpaq sürüşməsi nəticəsində ölüb. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkədə baş verən fəlakət səbəbindən 20 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Hökumətdən verilən açıqlamada qeyd olunur ki, paytaxtın əksər hissəsi su altında qalıb və bu da xilasetmə işlərinə mane olur. Qeyd edək ki, metroloqlar “Haikui” tayfununun ölkəyə yaxınlaşdığı barədə xəbərdarlıq edib.

981