Türkiyə İrana sərt cavab verdi
Türkiyə Xarici İşlər Nazirliyi İrana sərt cavab verib. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazirliyin yaydığı açıqlamada qeyd olunur ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin “Suriyadan sonra sıra Türkiyəyə çatacaq” fikirləri kəskin şəkildə qınanılır: “Belə fikirlərə son verilməlidir və qonşuluq əlaqələrinin ruhuna mənfi təsir edəcək hərəkətlərə yol verilməməlidir”
Qeyd edək ki, bir neçə gün öncə İranın Baş Qərargah rəisi bildirib ki, Suriyadan sonra növbə Türkiyəyə gələcək.
Qeyd edək ki, bir neçə gün öncə İranın Baş Qərargah rəisi bildirib ki, Suriyadan sonra növbə Türkiyəyə gələcək.
556