“WhatsApp” messencerində yeni funksiya əlçatan olacaq.
Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
“Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün proqramın beta-versiyalarından birinin kodunda giriş vaxtı üztanıma funksiyasının köməyi ilə autentifikasiya barədə xatırlatma var.
Bir sıra mütəxəssislərin fikrincə, “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların əksəriyyətində məlumatların mühafizəsi ilə bağlı belə funksiya “iPhone” ilə müqayisədə daha az etibarlı olacaq.
Onların fikrincə, ön kameranın işinə əsaslanan “Face Unlock” funksiyasını oxşar insanın şəkli ilə aldatmaq mümkün olacaq. / ICTnews