Məşhur musiqiçiyə “Louis Vuitton”da  vəzifə verildi
15 fevral 2023 01:41 (UTC +04:00)

Məşhur musiqiçiyə “Louis Vuitton”da vəzifə verildi

Məşhur musiqiçi və prodüser Farel Uilyams “Louis Vuitton”un kişi geyimlərinin yeni yaradıcı direktoru elan edilib.
Lent.az xəbər verir ki, bu barədə “WWD” məlumat yayıb.

Bu qərar 2023-cü il fevralın 1-də vəzifəyə gələn brendin yeni baş direktoru Pietro Bekkarinin ilk böyük addımı idi. 

Qeyd olunub ki, Uilyamsın bu ilin iyununda Parisdə Kişi Moda Həftəsində ilk kolleksiyası təqdim olunacaq.

“Onun modadan kənar yaradıcı baxışı, şübhəsiz ki, “Louis Vuitton”u yeni, həyəcanverici bir fəsilə aparacaq”, - deyə Bekkari açıqlamasında bildirib.

Kişi geyimlərinin kreativ direktoru vəzifəsi keçmiş brend dizayneri Virgil Ablohun xərçəngdən vəfat etdiyi 2021-ci ilin noyabrından bəri boşdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar