Bu ayaqqabı  görünüşü ilə gündəm oldu – QİYMƏT
10 fevral 2023 14:47 (UTC +04:00)

Bu ayaqqabı görünüşü ilə gündəm oldu – QİYMƏT

Dünya sosial şəbəkələrində Amerika brendi olan “MSCHF”yə məxsus qırmızı çəkmələr gündəm olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu böyük ayaqqabıların görünüşü artıq bir çox platformalarda gülüş obyektinə çevrilib.

“Astro Boy” adlanan qırmızı rezin çəkmələrin tarixi 1960-cı illərə gedib çıxır. Ayaqqabıların adı həmin dövrlərdə məşhur olan animasiya seriyalarında olan Astro Boy obrazından götürülüb.

Fevralın 16-da satışa çıxarılacaq çəkmələrin qiyməti 350 dollardır (təxminən 594 manat).

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Sevinc Fərid

Oxşar yazılar