50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin
03 may 2025 13:11 (UTC +04:00)

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olmaq vacibdir, əks halda nəticədən peşman ola bilərsiniz.

Lent.az 50 yaşdan yuxarı qadınların uzaq durmalı olduğu saç modellərini sizə təqdim edir:

1. Uzun və düz saçlar
Uzun saçlar yetkin yaşda olan qadınlara nadir hallarda yaraşır. Yaş artdıqca saçlar öz elastikliyini, sağlamlığını və həcmini itirir. Nəticədə, zədələnmiş saç ucları üz boyunca sallanaraq dəri qırışlarını və yaşlanma izlərini daha da vurğulayır.
Belə uzunluq:

Dodaq və yanaq kənarlarının sallanmasını,

Dərin burun-dodaq qırışıqlarını,

Sallaq üz ovalını daha aydın göstərir.

2. Çox qısa “kişi tipli” saç kəsimləri
Ultrakısa saç düzümü yaşlı qadınlar üçün uyğun deyil, çünki:

Üzdəki dərin qırışları,

Sallaq çənə və boyunu,

Daha sərt görünən qulaqları və üz konturunu ön plana çıxarır. Belə saç düzümü yalnız o zaman yaraşır ki, qadında açıq, dartılmış üz ovalı olsun və dəri sallanmasın.

3. Qalın və sıx kəkil (çolka)
Qalın kəkil əsasən 40 yaşa qədər olan qadınlara yaraşır. 50 yaşdan sonra belə kəkillər:

Alnın qırışlarını gizlətsə də,

Üzü ağır və yorğun göstərir.

Bunun əvəzinə stilistlər tövsiyə edir:

Asimmetrik və yüngül kəkil seçin. Bu tip kəkil:

Alın və göz nahiyəsindəki yaş dəyişiklərini gizlədə bilər, baxışı daha ifadəli, üz cizgilərini daha incə və gənc göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar