Ulduz oyunçuya qarşı  milyon dollarlıq   İDDİA
26 aprel 2023 11:18 (UTC +04:00)

Ulduz oyunçuya qarşı milyon dollarlıq İDDİA

PSJ-nin ulduzu Əşrəf Hakimi təcavüzdə ittiham olunduqdan sonra həyat yoldaşı Hiba Abouk ilə boşanma mərhələsinə gəlib. Həyat yoldaşı boşanma davasında ulduz oyunçudan rekord məbləğdə təzminat tələb edib. 

Lent.az bildirir ki, “Marca”nın xəbərinə görə; məşhur model ərini "fırıldaqçılıq və nikah əmlakını düzgün idarə etmədiyi" üçün məhkəməyə vermək qərarına gəlib. Boşanma zamanı Hiba Abouk Hakiminin bütün sərvətinin anasında olduğunu anlayanda hərəkətə keçib. Məşhur model 10 milyon avro təzminat tələb etdiyi halda, mərakeşli oyunçu hadisəni 2 milyon avro ilə bağlamağa çalışır.

Hakiminin anası mövzu ilə bağlı açıqlamasında deyib: "Oğlum sərvətini köçürdüyünü mənə demədi. Özünü qorumaq üçün belə tədbirlər gördü. Məndə heç bir məlumat yoxdur. Bu doğru olsa belə, problem nədir? Bunu etdi, qadından qurtulmaq üçün”.

Məşhur oyunçu boşanma ilə bağlı "Yaxşı olduğum günlər olur. Zərbələrin öhdəsindən gəlməyi və bəzən mürəkkəb qərarlar qəbul etməyi bilməli olduğun günlər var. Bu, səni bir az əsəbləşdirə bilər. Ayrılanda sən həyatınızı yenidən qurursunuz. Üzərimizdəki təzyiqi götürməliyik", - deyib.

O, həmçinin deyib: "Bir əlim qabaqda, bir əlim arxada evdən çıxdım. Ailəmin dəstəyi olmadan... Bunu etmək məcburiyyətindəydim, çünki mühitim ətrafım, azad olmağa imkan vermir. Mən savaşmağım üçün bunu seçdim. Mənim maddi şeylərə bağlılığım sıfırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Oxşar yazılar