Gəlinin ailəsi kişini qızları ilə evlənməsinə mane olmaq üçün qaçırıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Racastandan olan 30 yaşlı Mahendra Kumar öz qəbiləsindən olan 24 yaşlı Lakşmi Danodia ilə evlənməyi planlaşdırıb.
Klan üzvləri qardaş və bacı hesab olunurlar, ona görə də onların arasında nikah qohumluq hesab olunur və adət-ənənə ilə qadağandır. Lakin sevgililər qaydalara zidd olaraq evlənmək üçün Uttar-Pradeş ştatının Qaziabad şəhərinə gediblər. Onlar biliriblər ki, əvvəlcə qohumluq əlaqələrini yoxlamadan əyalətdə evlənə bilərlər.
Lakin Danodianın ailəsi cütlüyün planlarından xəbər tutub. Qızın qohumları, beş kişi Qaziabada gələrək, Kumarın izinə düşüb və toyu pozmaq məqsədilə onu qaçırıblar. Bəyi maşına mindirərək naməlum istiqamətə aparıblar. Danodiya hadisə barədə dərhal yerli polisə məlumat verib. Hüquq-mühafizə orqanları həmin axşam Racastan ştatında avtomobilin izinə düşüb, qaçıranları saxlayıb və Kumar xilas edilib.
Kişi Qaziabada aparılıb, orada tibbi müayinədən keçib, Danodiya isə qadın qayğı mərkəzinə aparılıb. Polis bildirib ki, qız məhkəmə qarşısına çıxacaq.