Toydan sonra  sevgilisi ilə qaçdı:   Zinət əşyalarını da apardı
22 iyul 2023 16:37 (UTC +04:00)

Toydan sonra sevgilisi ilə qaçdı: Zinət əşyalarını da apardı

Hindistanın Karnataka ştatının sakini toydan cəmi bir neçə gün sonra ərini tərk edərək evdən bahalı zinət əşyalarını götürüb və sevgilisi ilə birlikdə qaçıb.
 
Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 31 yaşlı Sanket Şetti bir aydan az əvvəl evləndiyi həyat yoldaşı Spurtinin sevgilisi Navin Maysuri ilə birlikdə qaçdığını bildirərək polisə gedib. Bundan əlavə, tərk edilmiş ər arvadını özü ilə bir milyon rupi (12 min dollardan çox) dəyərində brilyant boyunbağı, həmçinin anasının qızıl zəncirini, bilərzikləri və boyunbağısını götürməkdə ittiham edib.

Kişi oğurluğun qarşısını almağa çalışdığını, lakin Spurtinin ona və valideynlərinə qarşı təzyiqlərlə bağlı şikayət edəcəyi və hamını həbsxanaya göndərəcəyi ilə hədələməyə başladığını söyləyib.

Sonradan məlum olub ki, qadının valideynləri və əmisi Maysuri ilə münasibətdən xəbərdar olsalar da, buna baxmayaraq, onu Şetti ilə evləndiriblər. Spurti tez-tez valideynlərinin evinə gedir və ərinin varlığına və etirazlarına baxmayaraq, hər gün sevgilisi ilə videobağlantı vasitəsilə əlaqə saxlayırdı. Spurti açıq şəkildə bildirib ki, o, evlənmək istəmir və əsl sevgilisinin ərinə çevrilməsinə üstünlük verir.

Polis hadisə ilə bağlı cinayət işi açıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6783
avatar

Oxşar yazılar