Keçən həftə evlənən müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemir toylarından yeni şəkil paylaşıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyu ilə bağlı tənqidlərə cavab verən Özdemirdən sonra, Oğuzhan da bəylik kostyumu ilə şəklini izləyiciləri ilə bölüşüb.
Aktrisa ərinin paylaşımına biganə qalmıyıb. O, yoldaşının şəklinə “Cənab ərim” şərhini yazıb. Oğuzhan Koç isə qarşılığında “Mənim xanımım” cavabını verib.