Türkiyə gözəli və aktrisa Melisa Aslı Pamuk Parisdə evlilik təklifi alıb.
Lent.az xəbər verir ki, Aslı Pamuk aktyor Mustafa Mert Koçdan ayrıldıqdan sonra adı Fransanın “Lill” komandasında çıxış edən milli futbolçu Yusuf Yazıcı ilə hallanmaya başlayıb.
Bir müddətdir birlikdə olan və münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən ikili, bir-birini son günlərdə sosial şəbəkələrdə paylaşıblar.
Məlumata görə, onlar evlilik yolunda ilk addımı atıblar. Belə ki, milli futbolçu Fransanın paytaxtı Parisdə aktrisaya evlilik təklifi edib. Təklifi həyəcanla qarşılayan Melisa “bəli” cavabını verib. Onların nikah hazırlığına başladığı bildirilir.
Qeyd edək ki, Melisa Aslı Pamuk futbolçudan 6 yaş böyükdür.