Rafet El Romanın keçmiş yoldaşı: "9 dəfə evləndim, biri rəsmi, 8-i... "
03 fevral 2023 11:16 (UTC +04:00)

Rafet El Romanın keçmiş yoldaşı: "9 dəfə evləndim, biri rəsmi, 8-i..."

Keçmiş model və aparıcı Tuğba Altıntop evliliklə bağlı açıqlaması ilə hamını təəccübləndirib.

Lent.az xəbər verir ki, bir vaxtlar müğənni Rafet El Romanla evli olan model daha 8 dəfə ailə həyatı qurduğunu etiraf edib.

"9 dəfə ailə həyatı qurmuşam. 8-i kəbin və bir rəsmi nikah evliliyim olub. Bunlardan sadəcə Rafeti tanıyırsınız. Bu evliliklərimin bəziləri 2,5 il, 3 il, 2 il, 1 həftə və 10 gün çəkib”, - deyə aparıcı bildirib.

Aparıcının sözlərinə görə, o, yenidən evlənmək istəyir:

“Boşanmağı dərd edən biri deyiləm. Yenə evlənmək istəyirəm. Təbii ki, rəsmi və imam nikahı olmalıdır”.

Qeyd edək ki, 1996-cı ildə Tuğba Altıntop müğənni Rafet El Romanla ailə həyatı qurmuşdu. Onların bu evlilikdən iki qız övladları var.

# 3393
avatar

Sevinc Fərid

Oxşar yazılar