Qədim Romada qızlar neçə yaşda  ərə verilirdi?   - İndi bu vəhşilik  sayılır
23 iyul 2025 12:15 (UTC +04:00)

Qədim Romada qızlar neçə yaşda ərə verilirdi? - İndi bu vəhşilik sayılır

Tarixin bütün dövrlərində kişilərlə qadınlar arasında ailə qurulub, lakin bu prosesin qaydaları xalqdan-xalqa və zamandan-zamana dəyişib. QədimrRomalıların isə özünəməxsus evlilik ənənələri olub.

Lent.az Qədim Romadakı evlilik yaşı barədə məlumat verir.

Qədim Romada neçə yaşda evlənirdilər?

Qədim Romada qızlar çox erkən yaşda, təxminən 12 yaşında ərə verilirdi. Onların nişanlıları isə çox vaxt 14 yaşında olurdu. Bununla belə, ən çox yayılmış evlilik forması 20 yaşlı qızlarla 30 yaşlı kişilər arasında idi. Evlilik mərasimi yalnız yas dövrü və ya fövqəladə hallar səbəbilə təxirə salına bilərdi.

Qədim Romada evlənməyin iki əsas forması mövcud idi

1. Koemptio ("alım-satım") – Bu forma aşağı sinifə – plebeylərə xas idi və adından da göründüyü kimi, gəlinin alınması mənasını verirdi. Evlilik, kişi tərəfindən qadının simvolik satın alınması kimi təqdim olunurdu.

2. Konfarreatio – Bu isə aristokratlar və patrisilər üçün nəzərdə tutulmuşdu.

Bu möhtəşəm və rəsmi dini mərasim sayılırdı. Nikah Yupiterin kahini və ali pontifik tərəfindən aparılırdı və mərasimdə buğda unundan bişirilmiş xüsusi yastı çörəklərin (lepёşka) qarşılıqlı mübadiləsi baş verirdi. Bu formada bağlanan evlilikdə boşanma mümkün deyildi.

Rituallar və simvolik mənalar

"Alım-satım" formasında belə evliliyə dini mənalar yüklənirdi. Gəlin üç mis sikkə (ass) gətirirdi: onlardan ikisi ev ilahələrinə qurban verilirdi, biri isə bəyə təqdim edilirdi. Bu sikkələr simvolik cehiz hesab olunurdu. İnanılırdı ki, bu yolla evlilik ilahəsi Yunona gəlini yeni ailəsinə aparır. Gəlin mərasimdə qırmızı örtük (fata) taxırdı.

Gəlin və bəy əllərini birləşdirir, Yupiterə qurban verirdilər. Qızın saçları iti nizə formalı daraqla altı hissəyə bölünürdü. Daha sonra onu şən karvanla ərin evinə aparırdılar. Qapı yağla yağlanır, giriş bəzədilirdi, gəlin isə evi qorumaq üçün astananın üzərindən qaldırılaraq keçirilməliydi. Yeni evdə sərbəst atmosferli şənlik, təhqiramiz şeirlər və mahnılarla keçən ziyafət təşkil olunurdu.

Üçüncü evlilik forması: "Usus"

Zamanla daha sadə və bütün təbəqələr üçün ümumi olan üçüncü forma meydana gəldi – bu, “usus” adlanan vətəndaş nikahı idi. Bu formaya görə, kişi və qadın bir il eyni evdə yaşamalı idi. Əgər qadın bu müddət ərzində üç gecə ardıcıl ərinin evindən kənarda qalırdısa, evlilik pozulmuş hesab olunurdu. Əks halda isə evlilik avtomatik olaraq qüvvəyə minirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar