Qadınlar niyə zəif iradəli kişiləri seçirlər? - ARAŞDIRMA
10 iyul 2024 19:53 (UTC +04:00)

Qadınlar niyə zəif iradəli kişiləri seçirlər? - ARAŞDIRMA

Aydın məsələdir ki, qadınlar kişidən dayaq, dəyər görmək istəyir və onunla sanki daş-divar arxasında yaşayacağını gözləyir.

Bəs, niyə bəzi xanımlar həyat yoldaşı kimi mülayim və hətta zəif iradəli kişiləri seçirlər?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər bu barədə araşdırmalar aparıblar.

Tədqiqat nəticələrindən məlum olub ki, bu məsələdə pul, daha doğrusu qadının üzləşdiyi maddi çətinliklər var. Alimlər 800 qadın arasında sorğu keçirdikdən sonra bu qənaətə gəliblər. İştirakçılar həyatın müxtəlif sahələrində, o cümlədən maliyyə sahələrində tərəfdaş seçərkən vacib olan çətinliklərlə bağlı suala cavab verməli idilər. Eyni zamanda, xanımlar kişilərin 42 şəklini cəlbediciliyinə görə qiymətləndirməli olub.

Cavablar müqayisə edilib və məlum olub ki, qadın maddi sıxıntı yaşayırsa, o, daha yumşaq və ya daha çox qadın xüsusiyyətlərinə malik olan kişini seçib. Ancaq qadınlar fiziki cəhətdən inkişaf etmiş kişiləri gələcək üçün əlaqələr yaratmaqda az maraqlanan insanlar hesab edirdilər. Maddi çətinliklərlə birləşdikdə, yumşaq və zəif iradəli kişilərin lehinə seçim ehtimalı artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085
avatar

Fidan İlqar

Oxşar yazılar