İngiltərənin Staffordşir qraflığının Stok-on-Trent şəhərinin bir qadın sakini kişilərlə münasibətdə dəfələrlə məyus olduqdan sonra yeni qərar qəbul edib.
Lent.az xarici mediaya istinadən istinadən xəbər verir ki, bir illik tənhalıqdan sonra o, özü ilə evlənib.
Məlumata görə, 42 yaşlı Claire Brennan 2017-ci ilə qədər bütün münasibətlərində məyusluqla qarşılaşıb. Qadın son illərdə avtoqamiyanın - özünüzlə evlənmənin mövcudluğunu öyrənib və bunun haqqında çox düşünüb. Nəhayət o, ağ gəlinlik, üzük alıb və öz bağ evində güzgü qarşısında toy təşkil edib.
Güzgüyə baxarkən ucadan dediyi nikah andlarını özü üçün yazıb. Bu evlilik qanuni qüvvəyə malik olmasa da, üç uşaq anası hər zaman özünə sadiq qalacağını deyir. Qeyri-adi evliliyin yeganə şahidi qadının Smokey adlı pişiyi olub.
"Mən güzgüyə baxdım və dedim: "Sən Claire Louise Brennan, Claire Louise Brennan'ı qanuni həyat yoldaşı kimi qəbul edirsən? Sonra öz-özümə cavab verdim: “Bəli, qəbul edirəm”, - qadın bildirib.
Daha sonra britaniyalı özünə bal ayı səyahəti təşkil edib və üç günlük Devona gedib.
Brennan deyib ki, insanlar onun evli olub-olmadığını soruşduqda onun cavabına təəccüblənirlər.
“İnsanlar, əlbəttə ki, mənə qəribə baxırlar. Evlilikdən kənar münasibətlər mənim üçün böyük bir tabudur. Mən özümə sadiqəm”, – o qeyd edib.