Türkiyənin tanınmış mərhum iş adamı Əli Zəfər Taciroğlunun dizayner qızı Yasemin və “The Galliard” restoranlar şəbəkəsinin sahibi Ahmet Uras evlənib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah məclisində bir çox tanınmış simalar, iş adamları iştirak edib.
3 ildir ki, birlikdə olan cütlük elə tanış olduqları yerdə, yəni Boğazda evləniblər.
Sosial şəbəkələrdə əsas diqqət çəkən məqamlardan biri isə Yasemin Taciroğlunun möhtəşəm gəlinliyi olub. Belə ki, dizaynerin gəlinliyi izləyicilər tərəfindən çox bəyənilib.