Nişan üzüyü ilə qadınların xarakteri  arasındakı əlaqə nədir?
07 oktyabr 2022 11:27 (UTC +04:00)

Nişan üzüyü ilə qadınların xarakteri arasındakı əlaqə nədir?

Qadınların seçdiyi nişan üzüyü onların xarakterindən xəbər verir. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə “The Sun” saytında dərc olunub. 

Məlumata görə, qızıl, gümüş və platin təkqaş üzük sevən qızlar gələcək üçün planlar qurmağa həvəslidirlər. Çox qaşlı üzük bəyənənlərin xasiyyətləri isə daha çox romantik, nikbin və istənilən maneənin öhdəsindən gələ bilən kimi xarakterizə edilir. 

Tək sadə halqa üzük sevən xanımlar daha çox sadəliyə üstünlük verənlərdir. Onlar göstərişi sevmir və üzük taxmağı çox da önəmsəmirlər. 

Təbii qaşlı üzükləri sevən qızlar daha çox cəsarətli və təşəbbüskar olmaları ilə tanınır. “Vintage” formalı qiymətli halqaları xoşlayan qadınlar nostalji yaşamağı, keçmişlə sıx əlaqədə qalmağı sevənlərdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6630
avatar

Sevinc Fərid

Oxşar yazılar