Türkiyəli aktrisa Ebru Şahin və basketbolçu Cedi Osman evlilik yolunda ilk addım atıblar.
Lent.az xəbər verir ki, cütlük ailə arasında kiçik nişan mərasimi keçirib.
Aktrisa nişan şəkillərini şəxsi “Instagram” hesabında paylaşaraq “Dünən bir az olaylı keçdi” şərhini yazıb.
Qeyd edək ki, cütlüyün bu il yayın sonunda nikah masasına oturacağı gözlənilir.
Nişandan şəkilləri təqdim edirik: