"Qalatasaray"ın hücumçusu Mario İkardinin agenti və həyat yoldaşı Vanda Nara xəstəliyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Lent.az bildirir ki, Vanda Nara bu barədə “Marca”ya müsahibəsində danışıb.
“Mən şokdayam, onu həzm etməyə çalışıram. Heç kim mənə heç nə demədi, ona görə də televiziyada hər şeyi öyrənmək çətin idi. Biopsiya nəticəsi olana qədər diaqnoz qoymurlar. Mənim vəziyyətimdə nəticə yalnız keçən cümə axşamı gəldi. Birinci tibb bacıları gəldi, ağladılar, məni qucaqladılar. Mənə nə baş verdiyini bilmədiyim üçün panikaya düşdüm. Onlar şübhəli idilər, amma altı müxtəlif xəstəlikdən biri ola bilərdi, ona görə də mənə heç nə demədilər. Yadımdadır, Mauroya demişdim: “Mən öləcəyəm, amma mənə heç nə demirlər”, - Vanda Nara vurğulayıb.
Bundan əvvəl həmin nəşr İkardinin həyat yoldaşının leykoz xəstəsi olduğunu yazmışdı. O, iyul ayında xəstəxanaya yerləşdirilib.
Vanda və Mauro 2014-cü ildə evlənib, cütlüyün iki övladı var. Vanda müsahibəsində onun xəstəliyi səbəbiylə Mauronun karyerasını bitirməyə hazır olduğunu, hazırda bacısının ona baxdığını söyləyib.
.